“Ora gətirilən əsgərlər çox vaxt öz yaralarını gizlədirdilər. Deyirdilər yaxşıyıq, bizi geri, döyüşə göndərin. Daha sonra biz onların geyimlərini cırıb, müayinə etməyə başladıq. Onda gördük ki, bədənlərində qəlpə yaraları var”.
Bu sözləri Vətən müharibəsinə könüllü olaraq gedib sağlamlığını da bu yolda itirən həkim Müseyib Şərifzadə deyir. Özəl klinikalardan birinin rentgenoloqu, 12 ildir KT və MRT (Maqnit Rezonans Tomoqrafiyası) kimi rentgenoqrafiya metodları ilə müxtəlif xəstəliklərə diaqnoz qoyan həmsöhbətimiz müəllim ailəsində böyüyüb. Müseyibin sözlərinə görə, həkimlik peşəsini ona görə seçib ki, valideynlərinin insanlara təhsil verməklə, özü də sağlamlıq bəxş etməklə kömək ola biləcəyinə inanıb.
Lent.az həmin video-reportajı təqdim edir: